Məktəb bufetlərində satılan qidaların keyfiyyətsizliyi, təhlükəli olması barədə illərdir ki, narazılıqlar baş alıb gedir.

Bu ay ərzində artıq ikinci dəfədir ki, məktəb bufetində qidalanan şagirdlərin zəhərlənmə hadisəsi qeydə alınıb.

Keyfiyyətsiz, təhlükəli qidalar isə bəzən zəhərlənməyə səbəb olmasa da uşaq orqanizminə gizli şəkildə mənfi təsirini göstərməkdədir.

Baş verənlərdən belə məlum olur ki, bufetlərdəki qidalara lazımi nəzarət yoxdur, yaxud da yox dərəcəsindədir.

Hətta məktəb bufetlərinin çox zaman məktəb direktorunun yaxın adamının idarəçiliyinə verildiyi barədə də məlumatlar var.  

Baş verənlərlə bağlı Xəzər TV ötən gün 15 şagirdin zəhərləndiyi  Binə qəsəbəsində yerləşən 149 saylı orta məktəbdə olub.

Lakin 149 saylı məktəbin direktor müavini Namiq Ələkbərov,  ümumiyyətlə şagirdlərin məktəbdəki qidadan zəhərlənmədiyini bildirib.

O, xüsusi olaraq vurğulayıb ki, özünü pis hiss edən uşaqların bəziləri oruc tutubmuş və bu səbəbdən özlərini pis hiss ediblər. Lakin Xəzər TV şagirdlərin müalicə üçün aparıldığı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov isə uşaqların qidadan zəhərləndiyini bildirib.

Daha ətraflı aşağıdakı videosüjetdə:

 Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN