Erməni məktəblərində region ölkələrinin dillərini öyrənmək populyarlığı yayılıb,

lakin indiyədək təhsil müəssisələri müəllim çatışmazlığı ilə üzləşib.

Amma onların arasında populyarlıq qazananı isə türk dilidir.

Belə ki, Ermənistanın təhsil naziri Janna Andreasyan bəyan edib ki, erməni məktəblərinin qonşu ölkələrin dil müəllimlərinə ehtiyacı var, indi ölkədə bu istiqamətdə kadr çatışmazlığı var və öyrənməyə maraq artır.

O, Nazirlər Kabinetinə 2022-ci ilin yekunlarına dair məruzəsində təhsil müəssisələrində region ölkələrinin dillərinin öyrənilməsinin könüllülük əsasında həyata keçirildiyini xatırladıb.

Təhsil qurumunun rəhbəri 400-dən çox erməni təhsil müəssisəsinin ölkənin qonşularının dillərinin öyrənilməsini öz proqramlarına daxil etmək istəyini ifadə etdiyini və türk dilinin ən populyar olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycan, fars və gürcü dillərinə də maraq çoxdur.

Yəqin ki, ermənilər dərk etməyə başlayıblar ki, gün-güzəranları, dolanışıqları bölgə ölkələrindən asılıdır və bu baxımdan da həmin dilləri öyrənməyə can atırlar.

Əlbəttə, Azərbaycan dilini öyrənmək də onlar üçün vacibdir. Çünki Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər dilimzi mütləq şəkildə bilməlidirlər. Bir halda ki, ərazilərimizdə məskunlaşıblar - dövlət dilimzi də bilmələri vacibdir. Belə olarsa, həm onlar bizimlə dil tapa bilərlər, həm də biz onları ölkə vətəndaşı kimi qəbul edə bilərik.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN