“Azərbaycanda elm cameəsində elmlə məşğul olan adamların demək olar ki, yarısı şeir yazmaqla, kimlərinsə hekayəsini, povestin təhlil etməklə alim olur...”

***

Bu yaxınlarda bəlli oldu ki, son bir il ərzində Ali Attestasiya Komissiyasına (AAK) daxil olmuş dissertasiyaların 45%-i filologiya sahəsinə aiddir...

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının  (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşı, professor Qafar Cəbiyev TƏZADLAR TV-yə (TTV) müsahibəsi zamanı bildirib.

 Professor bu xəbərdən çox məyus olduğunu bildirib.

“Bu, Azərbaycan elminin adına həyəcan təbilidir.  Yəni Azərbaycanda elm cameəsində elmlə məşğul olan adamların demək olar ki, yarısı şeir yazmaqla, kimlərinsə hekayəsini, povestin təhlil etməklə alim olur?.. ”, - Qafar Cəbiyev deyib.

Professor “Britaniyadakılar Nizami Gəncəvi irsini öyrənir, biz isə Hüseynbala Mirələmov yaradıcılığını öyrənirik, tədqiq edirik... Akademiayada çalışanların çoxu - bu sahəyə cavabdeh olan adamlar öz qohumunun, dostunun, tanışının...  müasirlərin əsərlərinə müraciət edirlər və çoxsaylı dissertasiya işləri də var. Amma  Xəqani Şirvaninin irsi necə öyrənilib, bilirsinizmi Fələki Şirvaninin irsində Azərbaycan tarixi ilə bağlı nələr var? Beyləqaninin irsi, Arif Ərdəbillinin irsi...Klassiklərimizin araşdırılmasına ciddi ehtiyac var”, - deyə iradını bildirib.

O, dəqiq elmlər üzrə deyil, filalogiya sahəsi üzrə dissertasiya müdafiə etməyə  can atan elm adamlarından bəhs edərkən vurğulayıb ki, orada asan yollar çoxdur:

“Görünür burada asan və dolayı yollar mövcuddur, o sahədə boşluq olan nöqtələr var... Həmçinin son illər tarix və etnoqrafiya sahəsi üzrə də plagiat, saxta, plagiat, qeyri-ciddi işlər sayı, diletant yanaşmalar çoxalıb. Akademik səviyyə həddən artıq aşağı düşüb”, - Professor açıqlayıb. 

Y.MƏMMƏDLİ

  

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN