Müəllimlərin əməyinin keyfiyyət kriteriyası üzrə qiymətləndirilməsi müsbət hal olsa da belə meyarların sayının artırılmasına ehtiyac var.

 Bu fikri Milli Məclisin deputatı Vüqar Bayramov Parlamentdəki müzakirələrı zamanı bildirib.

O, bununla bağlı təkliflər də səsləndirib.

Deputatın fikrincə, 90%  nəticə əldə edən müəllimlərin sertifikatlaşdırmaya cəlb edilməsinə uzun müddət ara verilməlidir, yəni 5 ildən bir ehtiyac yoxdur:

  “Sertifikalaşdırma əməyin dəyərləndirilməsi üçün yeganə meyar olmamalıdır və əksər inkişaf etmiş ölkələrdə olduğu kimi, digər kriteriyalardan, o cümlədən sinif qiymətləndirmə yekunlarından istifadə olunmalıdır.

 Sertifikatlaşdırmada differensial yanaşma daha məqsədəuyğun olardı. Mövcud qanunvericiliyə əsasən, müəllim 3 dəfə məcburi sertifikatlaşdırmadan keçməlidir. Amma sertifikatlaşdırmanın sayı və müddəti müəllimin topladığı nəticəyə diferensial uyğunlaşdırılmalıdır. Bu müəllimlərin təşviqi baxımdan da vacibdir. Məsələn, 90 faiz və daha çox nəticə göstərən müəllimlər üçün növbəti sertifikatlaşdırma 5 il deyil, daha uzun müddətdən sonra aparıla bilər. Və ya müəllim iki sertifikatlaşdırmada ardıcıl 90 faiz və daha yüksək nəticə göstərirsə, o zaman üçüncü sertifikatlaşdırmada iştirak onun üçün məcburi olmaya bilər”, -deyib.

 Deputatın sözlərinə görə, qiymətləndirmə də differensial meyarlara əsaslanmalıdır.

 O, diqqətə çatdırıb ki, mövcud qaydalara əsasən, 30 və 50 bal aralığında nəticə göstərən müəllimlərin əməkhaqlarına 10 faiz əlavələr olunur.

“51 bal və ya daha yüksək nəticə göstərən müəllim hər ay 35 faiz əlavədən istifadə edə bilir. Ancaq 59 və ya 60 bal toplamış təhsil işçisinin əməyi nisbətən az bal yığmış müəllim ilə müqayisədə daha yüksək qiymətləndirilməlidir”, -deyə izah edib.

 Həmçinin vurğulayıb ki, bütövlükdə, təhsildə əməyin keyfiyyət meyarları əsasında qiymətləndirilməsi təqdirəlayiqdir və bu, pozitiv yanaşmadır.

Lakin onu da əlavə edib ki, bununla yanaşı, qiymətləndirmə meyarlarının artırılması və differensial yanaşmanın tətbiq edilməsi vacibdir.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN