Bakı Ali Neft Məktəbinin 11 tələbəsi “SOCAR Türkiyə”də yay #təcrübə proqramında iştirak etmək imkanı qazanıb.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə BANM-nin rektoru Elmar Qasımov sosial media hesabında məlumat verib.
"Onlar Əbil Şəfiyev, Aytac Əmirov, Nihad Səfərli, Lalə Ələkbərova, Röya Məmmədova, Leyla Həsənova, Malik Süleymanov, Şamil Fərzəlizadə, Aynur Tahirova, Nərmin Nusalova, Aytac Vəliyevadır. Tələbələrin 7-si Kimya mühəndisliyi, 4-ü isə Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasında #təhsil alır.
Həmin tələbələrimizlə görüşdüm. Görüşdə, “SOCAR Downstream Management” MMC-nin nümayəndələri Ülvi Gülüşov, Nərmin Abdullayeva və Alış Həziyev də iştirak ediblər", - deyə o qeyd edib.
JASMİN
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN