Avqustun 14-dən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayır.

Təhsil İnstitutunun nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzindən TEZADLAR.AZ-a verilən məlumata görə, ümumilikdə 5740 namizədin dəvət olunduğu müsahibələr avqustun 22-dək davam edəcək.

Müsahibə zamanı namizədlərin peşəkar bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müvafiq komissiya tərəfindən yoxlanılacaq. Müsahibə mərhələsində uğur qazanan namizədlər ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi əsasında işə başlamaq hüququ əldə edəcəklər.

Müsahibə mərhələsinə qatılarkən namizədlərdən şəxsiyyəti təsdiq edən sənədi, ali və ya orta ixtisas, magistratura və ya yenidənhazırlanma təhsili haqqında sənədi və onun əlavəsini, habelə xarici ölkələrdə əldə edilmiş təhsilin tanınması və ekvivalentliyi haqqında şəhadətnaməni gətirmək tələb olunur.

Namizədlər şəxsi səhifələrində göstərilən tarixdə müsahibədə iştirak etmədikdə, bu, vakant yerdən imtina kimi qeyd olunacaq və həmin namizədlər müddətli müqavilə əsasında işə qəbul turlarına buraxılmayacaqlar.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN