BANM-ın xanım tələbələri BP-ni fəth edir.
TEZADLAR.AZ xəbər verir ki,  bu barədə BANM-nin rektoru Elmar Qasımov sosial media hesabında bildirib.
O, Bakı Ali Neft Məktəbinin məzunlarının məşhur BP şirkətini milliləşdirdyini vurğulayıb.
"BANM məzunları bu illərdə BP-nin milliləşməsində böyük rol oynayır.
Bu günlərdə Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri #bp şirkətinin “Gələcəyin istedadlı qadınları” #təqaüd (Future Female Talent Scholarsip) proqramını qazanıblar.
Onlar Ali Məktəbin Neft-qaz mühəndisliyi ixtisasının III kurs tələbəsi Bahar Məmmədova,Kimya mühəndisliyi ixtisasının III kurs tələbəsi Xədicə Cəfərova, eləcə də Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının III kurs tələbələri Eliana Səttarova və Yasəmən Məmmədlidir.
Beynəlxalq proqram #Amerika, #İngiltərə, #Sinqapur və Azərbaycanda həyata keçirilir. Məqsəd qadınların gələcək #təhsil və əlavə fəaliyyətlərinə yatırım etməkdir. Layihə müddətində #BANM tələbələri bp-nin müəssisələrində olub, peşəkar mühəndislərlə görüşüblər.
Xanım tələbələrimizə uğurlar arzu edirəm", - deyə rektor tələbələrinin uğurları barədə fəxrlə qeyd edib.
Y.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN