Niyə açıq tipli sualların qiymətləndirilməsi düzgün aparıla bilmir?

Xəbər verdiyimiz kimi, 5-6 mart tarixində tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri aprelin 1-i açıqlanıb.

Nəticələr açıqlandıqdan sonra açıq tipli sualların qiymətləndirilməsi ilə bağlı abituriyentlər, valideynlər, həmçinin mütəxəssislər tərəfindən narazılıqlar yarandı. Bir müddət öncə narazı kütlənin haqlı olması ilə bağlı ixtisas seçimi və karyera üzrə mütəxəssis Adil Vəliyev də KİV-də öz fikirlərini  faktlarla əsaslandıraraq bölüşmüşdü. O, qiymətləndirmə ilə bağlı iradlarını bildirərkən “ Cavabları yoxlayanların çoxu müəllim deyil, aralarında sonuncu kurs və yaxud magistr tələbələri var. Amma bu magistr tələbələri də bakalavriat səviyyəsini müəllimlik ixtisası üzrə bitirənlərdir” qeyd etmişdi.

Qeyd edək ki, imtahan suallarının qiymətləndirilməsi ilə bağlı qəbul məsələləri üzrə mütəxəssis Elçin Əfəndi də nəticələrin yoxlanılması prosesinə münasibət bildirib.

Mütəxəssis açıq şəkildə bildirib ki, Əgər biz bunun qiymətləndirməsini düzgün şəkildə apara bilmiriksə, açıq tipli sualları tədricən ləğv etmək məqsədəuyğun ola bilər”.

 O,  sualların yoxlanılması zamanı sonuncu kurs tələbələrindən istifadə olunması barədə iddialra toxunaraq  bu iddiaları əsassız hesab etdiyini bildirib: “Sualları cavabları peşəkar müəllimlər tərəfindən də yoxlanılır, eyni zamanda magistratura səviyyəsində təhsil alan, hansı ki, Azərbaycan dili və ədəbiyyat, xarici dillər, yaxud Riyaziyyat üzrə təhsil alanlar var, onların da bilik və bacarıqların istifadə olunur. Halbuki həmin şəxslər DİM-də uzun müddət marker müəllim kimi təlimlərə cəlb olunublar, müvafiq sertifikatlar alıblar, daha sonra prosesə cəlb olunublar. Ona görə də bəzi məsələlərdə iddiaların əsassız olduğunu hesab edirəm”.

Mütəxəssis sırf açıq tipli sualların dəqiq yoxlanıla bilməməsinə etiraz etdiyini və buna görə də  bu tip sualların imtahana salınmasının əleyhinə olduğunu bildirib.

Elçin Əfəndi vurğulayıb ki, həmin hal obyektiv qiymətləndirməyə kölgə salır.

“Düşünürəm ki, əgər biz bunun qiymətləndirməsini düzgün şəkildə apara bilmiriksə, açıq tipli sualları tədricən ləğv etmək məqsədəuyğun ola bilər. Əgər bu suallar imtahana salınırsa, o zaman düzgün qiymətləndirmə mütləqdir”, - deyə bildirib.

Bəli, əgər şagird illərlə zəhmətə qatlaşıbsa, əziyyət çəkib gecə-gündüz kitab oxuyubsa, repititor yanına hazırlığa gedirsə (məktəbin verdiyi biliklər bəs etmədiyi üçün) və buna görə də valideynlər ödəniş etmək üçün, hətta borca –kreditə girərək həmin pulları əldə edirsə, demək ki, qiymətləndirənlər də məsuliyyətini bilməlidirlər və bacardığı işdən yapaışmalıdırlar – şagirdlərin (abituriyentlərin) 11 illik xəyalları ilə oynanılmamalıdır.

Təhsildə yeniliklər etmək, müsir metodlardan istifadə, qiymətləndirmədə müxtəlif üsullar icad etmək olar, amma yetər ki, bu, gənc nəslə yalnız fayda gətirsin. Və təhsilimizi, obyektivliyi kölgə altına salmasın.

 

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN