Uzun müddətdir ki, ictimaiyyət arasında orta məktəb dərslikləri ilə əlaqədar narazılıqlar baş alıb gedir. Bu problem nə dünənindir, nə də bir ilin, iki ilin...

Bu proses uzun illərdir ki, davam edir. Ziyalılar, elm adamları, ictimaiyyət nümayəndələri dərsliklərdəki qüsurlar, səhvlər barədə danışırlar, yazırlar, amma nə faydası...

 Dərsliklər yenilənir, lakin səhvlər, yanlışlıqlar bitmir.

Məsələn, bir neçə il əvvəl  7-ci sinif "Azərbaycan tarixi"ndə Bərdənin VII əsrdə Albaniyanın paytaxtı olduğu, 10-cu sinif "Azərbaycan tarixi"ndə isə V əsrdə paytaxt olduğu yazılmışdı. 6-cı sinif "Azərbaycan tarixi"ndə isə, ümumiyyətlə Bərdənin adı çəkilmirdi.

Hətta tarix dərslikləri vardı ki, dövlətlərin yaranması, döyüşlərin keçirildiyi vaxt belə düzgün yazılmırdı.

Bu nöqsanlar yalnız tarix dərsliklərində baş verməyib, bir çox fənlər üzrə (müxtəlif siniflərin) dərsliklərdə öz sahəsinə uyğun səhvlərə, naşılıqlara yol verilib.    

Elə bu günlərdə “Təzadlar”da da 10-cu sinfin “Azərbaycan dili”  kitabı ilə bağlı “Dərslik biabırçılığı” adlı araşdırma yazı  da dərc edilmişdi..

Bildiyimiz kimi, dərsliklərin müəllifləri öz sahələri üzrə yüksək savada, dünyagörüşə malik  olur (yəni olmalıdırlar). Və bu kitabların hazırlanmasına, çap edilməsinə həm  zaman, həm də çoxlu vəsait xərclənir. Səhv aşkarlanan dərsliklərin yenidən çapa hazırlanması, nəşri isə külli miqdarda pul itkisi deməkdir.

 Artıq Təhsil Nazirliyi tərəfindən 2022-2023-cü tədris ilinə ölkənin dövlət ümumi təhsil müəssisələrinin III, VII və X sinifləri üçün yeni hazırlanmış və ya təkmilləşdirilmiş dərslik və onunla komplekt təşkil edən metodik vəsaitlərinə dair ictimai rəyin öyrənilməsi prosesinə başlanılıb.

Dərslik komplektlərinin layihələri də www.trims.edu.az saytının “İctimai müzakirədə olanlar” bölməsində yerləşdirilir. Yaxın müddətdə bütün layihələrin sayta yerləşdirilməsi başa çatacaq.

 Sayta daxil olaraq qeyd edilən bölmədə yerləşdirilmiş dərslik komplektlərinin məzmunu ilə tanış olmaq, eyni zamanda, xüsusi ayrılmış sahədə irad və təklifləri yazmaq mümkündür. İrad və təkliflər This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron ünvanına da göndərilə bilər.

 Təhsil Nazirliyi elm adamlarını, təhsil işçilərini, valideynləri, aidiyyəti dövlət qurumlarını, müxtəlif ictimai birlikləri və bütün maraqlı tərəfləri müzakirəyə çıxarılmış dərslik layihələrinə dair rəy, irad və təkliflərini bildirməyə dəvət edir.

Odur ki, həmin dərsliklərlə bağlı irad və təkliflərinizi bildirmək və bu işə dəstək göstərmək imkanınız var. Yuxarıda qeyd edilən sayta daxil olub dərsliklərin məzmunu ilə tanış ola, təklif və iradlarınızı elektron ünvana göndərə bilərsiniz.

Təki dərsliklərimiz qüsursuz olsun.

 

Y.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN