Xəbər verdiyimiz kimi, DİM tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 12-13-də keçirilmiş buraxılış imtahanlarının nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün apellyasiya prosesi təşkil edəcək.

 Dövlət İmtahan Mərkəzindən bildirilib ki, apellyasiya aprelin 25-dən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) keçiriləcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər aprelin 18-i saat 10:00-dan aprelin 20-si saat 17:00-dək Dövlət İmtahan Mərkəzinin (DİM) saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər.

 “Amma maraqlıdır ki, imtahan verənlərin əlində cavab kartları yoxdur və DİM cavab kartlarını təqdim etməyib”.

Bunu tanınmış ekspert, QHT rəhbəri Osman Gündüz “DİM 25 aprel tarixindən etibarən onlayn apellyasiya prosesi təşkil edəcək” məsələsinə toxunaraq qeyd edib.

O, dəfərlərlə bu haqda bildirdiklərini, bunun doğru yanaşma olmadığına diqqət çəkib.

“Cavab kartlarının imtahan verənlərə təqdim edilməsi vacibdir və faydalıdır.

"Yenə də güman etmək olar ki, DİM-in test bazası yetərli olmadığından imtahanlara təkrar testlər salmağa məcburdur. Odur ki, sui-istifadənin qarşısını almaq üçün DİM cavab kartlarını yığmaq məcburiyyətindədir. Bu isə yolverilməzdir. Fikrimcə, DİM özünün test bazasını qaydaya salmalı və zənginləşdirməli, əlavə resurslar cəlb etməklə imtahanlara düşəcək testlərin unikallığını təmin etməlidir”, - deyə qeyd edib.

 Dövlət İmtahan Mərkəzinin Bacarıqların, vərdişlərin qiymətləndirilməsi və markerlərin hazırlanması üzrə sektor müdiri Aydın Qasımov isə sosial şəbəkə hesabında ekspertin iradlarına belə cavab verib: “Cavab kartı və yazı işlərinin skan versiyası şagirdlərin şəxsi səhifələrinə yerləşdirilir, hər şagird öz cavablarını və yazı işlərini rahatlıqla görə bilir”. 

 

Y.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN