Niderlandda koronavirusun "omikron" ştammının "kentavr" kimi də tanın BA.2.75 adlı yeni variantı aşkarlanıb.

Bu barədə Niderlandın Milli Səhiyyə və Ətraf Mühit İnstitutundan bildiriblər.

Yeni variantın iyunun 26-da götürülən nümunələrdə aşkarlandığı açıqlansa da, yoluxanların sayı barədə məlumat verilmir.

Qeyd edək ki, "omikron" ştammının sözügedən variantı daha öncə Avstraliya, Böyük Britaniya, Almaniya, Hindistan, Kanada, Yeni Zelandiya, ABŞ və Yaponiyada qeydə alınıb.
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN