Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Göygöl rayonu, Qızılqaya qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Quliyev Kazım Camal oğluna məxsus süd məhsullarının

istehsalı müəssisəsində aparılmış planlı yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi məlum olub. Belə ki, müəssisədə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətə riayət olunmadığı, istehsal sahəsində döşəmənin tamlığının pozulduğu, işçi heyətin xüsusi geyimlə (bone, xalat, önlük, əlcək) təmin edilmədiyi və digər nöqsanlar aşkar edilib. Faktlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, nöqsanların aradan qaldırılmasına dair icrası məcburi göstərişlər verilib.

***

Qeyd edək ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.  

 Lakin təəssüf ki, əhalini həm gigiyenik, həm də keyfiyyət baxımından düzgün qida məhsulları ilə təmin etməli olan bir çox sexlərdə və müəssisələrdə bu tələblər çox vaxt pozulur.

Məhsulların hazırlanmasında çirkli- paslı, təmiz yuyulmamış,  yaxud plastmas qablardan istifadə edilir, işçilər təmiz geyimlə təmin olunnmur, xəstəliklərlə bağlı yoxlamalardan keçirilmir, döşəmə, dəzgahlar, ətraf... natəmiz olur. Lakin bu cür şəraitdə müxtəlif qida məhsulları, alkaqolsuz –alkaqollu içkilər də hazırlanır.

Qəribəsi budur ki, bu cür müəssisə və sexlər fəaliyyət göstərmələri üçün müxtəlif əlaqədar qurumlardan necə icazə ala bilirlər? Hansı ki, istehsalla məşğul olacaqları obyekt, istifadə etdikləri texniki avadanlıq, qablar, məhsul göz önündə olur... Və həmin müəssisənin fəaliyyətini yoxlamaq da onların borcudur.  

Bu natəmizlikdən, insanların sağlamlığına vicdansızcasına dırnaqarası baxaraq pul qazananlar isə, çox vaxt canlarını cərimə ilə qurtara  və gələcəkdə də fəaliyyətlərini davam etdirə bilirlər.

Hər zaman olduğu kimi, bundan istehlakçılar – hər birimiz zərər çəkirik...

 

 JASMİN      

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN