Koronavirus peyvəndinin dördüncü dozası bütün vətəndaşlara deyil, yalnız əlavə xəstəlikləri səbəbindən risk altında olanlara vurulmalıdır.

Bunu  ÜST-ün peyvənd və immunlaşdırma üzrə ekspertlərin Strateji Məsləhət Qrupunun rəhbəri Alexandro Kravioto bildirib.

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Qebreyesus  daha əvvəl bildirmişdi ki, son dörd həftə ərzində koronavirusdan ölənlərin sayı 35% artıb.

Qeyd edək ki,  Azərbaycanda indiyədək vurulan vaksinlərin ümumi sayı 13 844 344, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 370 999, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 860 521, üç və daha çox doza vaksin vurduranların sayı 3 355 179, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 257 645 təşkil edir.

Amma ÜST-ün məsləhət etdiyi kimi, peyvəndin buster dozasını hamı vurdurmamalıdır.

 

JASMİN 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN