Senat tütün məmulatlarının, elektron siqaretlərin və spirtli içkilərin 21 yaşdan kiçik şəxslərə internet və ticarət avtomatları vasitəsilə satışını qadağan edən qanun layihəsini təsdiqləyib.

Özbəkistan Ali Məclisinin Senatı çərşənbə axşamı keçirilən 36-cı plenar iclasında “Alkoqol və tütün məmulatlarının yayılmasının və istehlakının məhdudlaşdırılması haqqında” qanunun yeni redaksiyasını təsdiqləyib. Qanun oktyabrın 25-də Qanunvericilik Palatası tərəfindən qəbul edilib.

Qanun alkoqol və tütün məmulatlarının, habelə tütün və nikotindən istifadə üçün cihazların 21 yaşınadək (indi - 20 yaşdı), habelə 21 yaşına çatmamış şəxslərə (yeni tələb) satışını qadağan edir.

 Qanuna görə, alkoqollu içkilər və tütün məmulatları, tütün və nikotindən istifadə üçün nəzərdə tutulmuş cihazlar səhiyyə, təhsil, mədəniyyət müəssisələri, idman-sağlamlıq müəssisələri, sanatoriya və müalicə-sosial müəssisələrin ərazilərində satıla bilməz.

 Həmçinin dəmir yolu vağzallarının, avtovağzalların, hava limanlarının, çay limanlarının və metro stansiyalarının ərazilərində və binalarında (rüsumsuz mağazalar istisna olmaqla) tütün məmulatlarının, habelə tütün və nikotindən istifadə üçün cihazların satışı qadağan edilir.

 Alkoqol və tütün məmulatlarının, eləcə də tütün və nikotinin istifadəsi üçün cihazların satışı ilə məşğul olan şəxslər 21 yaşından kiçik görünən alıcıdan şəxsiyyətini və yaşını təsdiq edən sənədi tələb etməlidirlər. Sənədi olmadıqda, alıcıya bu məhsulların satışından imtina edilməlidir.

 Qeyd edək ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində etil (yeyinti) spirti, alkoqollu və energetik içkilərin, tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara (18 yaşınadək olan şəxslər) satılmasına görə inzibati məsuliyyət müəyyən olunub və bu əməlləri törətmiş  şəxslərə yüz manat məbləğində inzibati cərimə tətbiq edilir.

 "Tütün və tütün məmulatları haqqında" Qanunun tələbinə görə, siqaretin 18 yaşına çatmayanlara, özü də ədədlə satılması qadağandır. 15.5-ci maddənin tələbinə görə, tədris, tərbiyə, səhiyyə, mədəniyyət obyektləri yaxınlığında, həmçinin, uşaq və yeniyetmələr üçün malların satıldığı yerlərdə siqaret satışı qadağandır.

Lakin bu qadağaya nə dərəcədə əməl olunur məlum deyil...

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN