Bu gün, martın 18-dən etibarən 300-dən çox xroniki və onkoloji dərman vasitəsinin istinad qiyməti qüvvəyə minir.

TEZADLAR.AZ Gürcüstan KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin Əmək, Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, ümumilikdə, qiymətin yuxarı həddi artıq 1100-dən çox dərman vasitəsinə şamil edilir və yaxın gələcəkdə adıçəkilən dərman vasitələrinin siyahısı daha da genişləndiriləcək. Nazirlik qeyd edir ki, apteklər dərmanları qeyd olunan qiymətdən baha satarsa, cərimələnəcəklər.

Dərman vasitələrinin siyahısı və maksimal qiymət həddi barədə məlumat əldə etmək istəyən şəxslər bu linkə: https://referenceprice.moh.gov.ge daxil ola bilərlər.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN