Koranavirus pandemiyası cox canlar aldı, çox itkilərimiz oldu...

Bildiyimiz kimi, “Covid” virus infeksiyasıdır. Və virus infeksiyasında əsas məsələ insanın immun sisteminin güclü olmasıdı. İmmun sistemi güclü olduqda – bakteriyalara, mikroba, virusa qarşı mübarizəmiz də güclü olacaq.

 Bu fikri “TEZADLAR TV”-yə Binəqədi rayonu 9 saylı poliklinikanın həkim-terapevti Gülarə Orucova bildirib.

O, immuniteti gücləndirməyin təbbi yollarını da açıqlayıb:

“Vaxtlı-vaxtında düzgün qidalanmaq, istirahət etmək, streesdən uzaq olmaq. Normal yuxu və düzgün qidalnma, istirahət olmadıqda, bu, bizim immun sistemimizə də mənfi təsir göstərir. İmmun sistemi zəifləyən kimi bütün virusların, infeksiyaların aktivliyinə səbəb olur. Orqanizmin özünün mübarizəsi olmur və belə halda, məcbur oluruq kənardan immun sistemini gücləndirən preparatlar verək.  Yaxşı olar ki, dərman preparatı qəbul etməkdənsə, orqanizmin özünün mübarizə aparmaq qabiliyyəti olsun. Bəzən isə pasiyent orqanizmi elə vəziyyətə gətirir ki, ona dərman preparatları verəsi olursan”, -deyə həkim bildirib.

Qeyd edək ki, Gülarə Orucova həkim - terapervt olmaqla yanaşı, həm kosmetoloq, həm də təbii vasitələrlə müalicə üsullarından istifadə edən təbib kimi də fəaliyyət göstərir.

JASMİN 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN