Xəstəliklərdən qorunmaq üçün proteinli qidalar və meyvə-tərəvəz yemək, qaynadılmamış bol su içmək lazımdır. Son tədqiqatlar göstərir ki, insan orqanizmi üçün təbii çiy suyu heç nə əvəz etmir.

Bu fikri “TEZADLAR TV”-yə Binəqədi rayonu 9 saylı Poliklinikanın həkim-terapevti Gülarə Orucova bildirib.

O, diqqətə çatdırıb ki, orqanizm xəstələnən zaman qələvi mühitdən turş mühitə yönəlir.

“Orqanizmi qələviləşdirmək lazımdır. Məsələn, qələvi məhlul ev şəraitində çay sodasıdır. Proses hələ başlamadan öncə çay sodası ilə orqanizmi qələviləşdirə bilərsiniz – turşuluqdan qələviyə doğru meyl edib bu infeksiyanın baş qaldırmaması üçün yaranan şəraitin qarşısını almaq olar. Bunu inqalyasiya yolu ilə də, burun-boğaza, ağıza damcı üsulu ilə də etmək olar. Həmçinin qələviləşməni duzlu məhlullarla da etmək olar: soda- düzlu məhlul, soda-yodlu məhlul. Bütün bunlar proses başlamadan öncə aparılmalı, həmçinin bununla yanaşı çoxlu maye qəbul edilməli, təmiz havada gəzilməlidir. Yəni, ağırlaşmadan qorunmaq üçün xəstəliyin qarşısını başlanğıcda bu tədbirlərlə almaq lazımdır”, -deyə diqqətə çatdırıb.

Qeyd edək ki, Gülarə Orucova həkim - terapervt olmaqla yanaşı, həm kosmetoloq, həm də təbii vasitələrlə müalicə üsullarından istifadə edən təbib kimi də fəaliyyət göstərir.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN