Pasiyentlərimiz sızanaqlarla bağlı da mənə müraciət edirdilər.

Və bu zaman onlara kosmetoloji prosedurlar tətbiq etmək lazım olurdu. Pasiyentlərimi müalicə etmək üçün o zaman akne və sızanaqların müalicə üsulları ilə bağlı araşdırmalar aparmağa başladım. Hazırda həmin üsullarla müalicə edirəm. Daha sonra hicamanı, hirudoterapiyan, yəni zəli terapiyasını da öyrənərək pasiyentlərimə tətbiq edirəm.

Bu müalicələrin effektini həm pasiyentlərim, həm də özüm görürəm. Bu, alternativ terapiyadır.

Bu fikri “TEZADLAR TV”-yə Binəqədi rayonu 9 saylı Poliklinikanın həkim-terapevti Gülarə Orucova bildirib.

“Mın hicama ilə müalicəyə başlamazdan öncə bu barədə çoxlu araşdırma apardım, bilgi topladım. 10 il əvvələdək Azərbaycanda bu sahəni bilən mütəxəssislər yox idi. Hazırda özümüzün çox gözəl mütəxəssislərimiz var: hicamanın kimlərə tətbiq olunub-olunmayacağı - əks göstərişləri, hansı xəstəliklərdə effektiv təsir göstərəcəyi, hansı nöqtələrə tətbiq olunmalıdır və s.  düzgün izah edən kurslar var”, -deyə diqqətə çatdırıb.

Gülarə Orucova hicamanın nə olduğunu da izah edib:

“Hicama- ərəbcə tərcümədə “əmmə-sorulma” mənasını verir.  Müəyyən nahiyələrdə, müəyyən nöqtələrdə bankaların sayından və kəsiklərin dərinliyindən asılı olaraq qoyulur. Və həmin nahiyələrdən illərlə orqanizmdə yığılıb qalmış qidaların, dərman qalıqlarının... toksik, lazımsız qalıqlarını çıxarılmasına şərait yaradır. Bunu xaotik qoymaq olmaz- qaydalara uyğun olaraq müəyyən nöqtələrə qoyulmalıdır. Hicama hər xəstəyə tətbiq edilə bilməz. Anamnez toplanmalıdır. Kimlərə tətbiq etmək qadağandır: hemofiliyalı, onkoloji,  menstrual tsikl  dövründə olanlara, kimyaterapevtik müalicə alanlara, ağır ürək çatışmazlıqlarında, diabet xəstəliyinin ağırlamış formalarında, həddən artıq anemiyası olanlarda... Əvvəlcə həkim pasiyentin əks göstərişlərini öyrənməlidi. Çünki devizimiz xəstəyə ziyan vurmamaq olmalıdır. Hansı xəstəliklərdə tətbiq olunur: piylənmə, hipertaniya, əsəb, yorğunluq, gərginlik, panik ataklar zamanı... Hicamanı tətbiq etməzdən əvvəl həmin nahiyədə masajla qan dövranını yaxşılaşdırmaq lazımdır. Bunda sonra lazımi nöqtələrə və xəstələrə individual yanaşaraq bankaları qoyuruq. Bankaların sayı, qalma müddəti və növbəti seans arası interval da dəqiq bilinməlidir. Bankanı qoyarkən 10-12 mm dərinlikdə mənfi təzyiq yaradırıq.  3 dəqiqə kifayət edir ki, həmin banka götürülsün, bankanı götürdükdə gematoma yarandığının şahidi oluruq. Bu gematoma kapilyarların partlamasından baş verir. Biz gematomanın rəngindən burada baş verən prosesi ayırd edirik. Və orada yenidən bankanı qoymağa başlayırıq. Bundan sonra həmin yerlərdə mikrokəsiciklər edirik ”, - deyə bildirib.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN