Pentaqon Ebola qızdırması, hepatit B, QİÇS və ağır kəskin respirator sindrom kimi təbii yolla yayılmayan xəstəlikləri daşıyan həşəratların populyasiyasını əldə etməyə çalışır.

Tezadlar.az xəbər verir ki, bunu Rusiya Federasiyası Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Mühafizə Qoşunlarının (KBMQ) rəisi, general-leytenant İqor Kirillov deyib.

"Pentaqon Ebola, hepatit B, QİÇS və ağır kəskin respirator sindrom kimi patogenləri təbii yolla yayılmayan xəstəliklərin vektor populyasiyalarını əldə etməyə çalışır. Hepatit B virusuna yoluxmuş ağcaqanad kulturaları artıq əldə edilib”, - o, ABŞ-ın hərbi bioloji fəaliyyətinə dair brifinq zamanı bildirib.

Kirillovun sözlərinə görə, arbovirusların (buğumayaqlıların vektorları tərəfindən ötürülən virus) təsirini artırmaq üçün ABŞ hərbi mütəxəssisləri parazitar infeksiyaların patogenlərindən fəal şəkildə istifadə edirlər.

O, həmçinin qeyd edib ki, vektorlarla iş Pentaqonun ABŞ-da ixtisaslaşmış təşkilatlarında və 6 xarici bölməsində aparılır. "Bu, laboratoriya şəraitində 89 növ ağcaqanad və 12 növ gənəni arboviruslarla saxlamağa və yoluxdurmağa imkan verir. Eyni zamanda, vektor infeksiyalarının (Rift Vadisi qızdırması üçün) yayılmasının proqnozlaşdırılması üçün proqram məhsulları hazırlanır. 47 növ vektor həşərat üçün proqnoz edildi", - KBMQ-nin rəhbəri deyib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN