Sumqayıt xəstəxanaları ilə bağlı şikayətlər davam etməkdədir.

Onlardan biri də Sumqayıt şəhər 45 saylı xəstəxanası ilə bağlıdır. Əslində şikayətlər oradakı şəraitdən, müalicə səviyyəsindən deyil, müalicə üçün boş çarpayı olmamasındandır. Etiraf edilir ki, həmin xəstəxanada müalicə üçün çox gözəl şərait yaradılıb, amma yer yoxdur.

Belə ki,  şəkər xəstələrinin üz tutduğu bu xəstəxanada çarpayı sayının çox az olması xəstələri narazı salır.

Bildirilir ki,  xəstəxanaya müraciət edənlər boş çarpayı olmama səbəbindən növbəyə yazılırlar, həm də 2 ay sonraya...

Problem isə ondan ibarətdir ki, Azərbaycanın paytaxtdan sonra (əvvəllər Gəncə idi) ikinci ən böyük şəhərində belə xəstələr üçün cəmi 16 çarpayı ayrılıb.

O da qeyd edilir ki,  xəstəxanada lazımi şəraiti olan iri boks tipli palatalar var ki, hamısı da boşdur. Lakin həmin palatalar yerlilərə müalicə olunmaq üçün verilmir...

***

Xatırladaq ki, 2022-ci ilin statistik məlumatlarına görə, Azərbaycanda şəkərli diabet xəstələrinin sayı 310 min civarında olub və bu rəqəm son 6 ildə artmaqda davam edir.

Sumqayıt şəhərində isə hələ 3 il əvvəl qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 11 minə yaxın olub. İndi isə bu rəqəmin artdığı mütləqdir.

Təəccüb doğuran da budur ki, bu rəqəmlə müqayisədə belə xəstələrin müalicəsi üçün nəzərdə tutulmuş xəstəxanada cəmi 16 çarpayı var.

Və sən müalicə olunmaq üçün aylarla növbə gözləməlisən, çünki başqa yol yoxdur!

Lakin bəzən xəstə gözləyə bilsə də, xəstəlik gözləmir...

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin Sumqayıt şəhər şöbəsinin  2022-ci ilin oktyabrın 1-nə olan məlumatına görə,  Sumqayıt şəhər əhalisi 347.8 min nəfər (məcburi köçkünlər istisna olmaqla) olub. Ötən ilin əvvəlindən Sumqayıt şəhər əhalisinin sayı 1.0 min nəfər artıb.

 

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN