İşçilərə xəstəlik vərəqəsi əsasında əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət hansı məbləğdə ödənilir? Sualın cavabını TEZADLAR.AZ-a hüquqşünas Azər Quliyev açıqlayıb.
Onun sözlərinə görə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir.
"Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə aylıq müavinətin maksimal həddi əmək pensiyasının minimum məbləğinin iyirmi beş mislindən artıq ola bilməz. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarında müavinət aşağıdakı miqdarda verilir:
  1. Qazancın 150 faizi miqdarında: əlillərə və ya sağlamlıq imkanları məhdud uşaqlara;
  2. Qazancın 100 faizi miqdarında: 12 il və daha çox sosial sığorta stajı olan işçilərə,iş yerində bədbəxt hadisələr və ya peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə;
  3. Qazancın 80 faizi miqdarında: 8 ildən 12 ilə qədər sosial sığorta stajı olan işçilərə;
  4. Qazancın 60 faizi miqdarında: 8 ilədək sosial sığorta stajı olan işçilərə.
Y.MƏMMƏDLİ
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN