Bu gün Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 241 yeni yoluxma faktı qeydə alınıb,

3 366 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 43 nəfər vəfat edib. Ümumilikdə koronavirus xəstələrindən 5 512 nəfər dünyasını dəyişib, aktiv xəstə sayı 50244 nəfərə yüksəlib.

Qonşu Gürcüstanda da son 24 saat ərzində 4 247 yeni yoluxma qeydə alınıb. Virusdan müalicə alan pasiyentlərdən  3 053 nəfəri sağalıb.Ölüm sayında isə qonşularımız yeni antirekorda imza atıblar - 74 nəfərin ölməsi ilə bərabər ümumilikdə 7 175 nəfər həyatını itirib.

Xatırladaq ki, Gürcüstan yoluxma sayına görə bir neçə ölkə tərəfindən “Qırmızı Zona”ya daxil edilib. Bu gün Fransa da Gürcüstanı "qırmızı zona" ölkələri siyahısına daxil edib . Gürcüstanın Fransadakı səfirliyinin yaydığı məlumata görə,  bu mərhələdə Əfqanıstan, Cənubi Afrika, Əlcəzair, Argentina, Banqladeş, Braziliya, Kolumbiya, Kosta Rika, Kuba, Gürcüstan, İndoneziya, İran, Maldiv, Mərakeş, Mozambik, Namibiya, Nepal, Oman, Pakistan, Demokratik Konqo Respublikası, Rusiya, Seyşel adaları, Surinam, Tunis və Türkiyə Fransanın "qırmızı zona" siyahısına daxil etdiyi ölkələrdir. Gürcüstandan Fransaya isə yalnız aşağıdakı hallarda getmək mümkündür: Hər iki doza ilə peyvənd olunmuş şəxslər sərhəd keçərkən peyvəndi təsdiqləyən sənəd (qr kodu olan COVID-19 kartı) təqdim etməlidirlər. Lakin peyvəndin ikinci dozasının vurulmasından ən az 7 gün keçməlidir. İcazə verilən peyvəndlər isə bunlardır: Pfizer, Moderna, AstraZeneca, Janssen (Johnson & Johnson).

Qeyd edək ki, bu günə olan son məlumata görə, Azərbaycanda əhalinin ümumilikdə 3 929 404 nəfəri - 38,36%-i peyvənd olunub,   2 564 353 nəfəri  - 25,03%-i  isə tam peyvənd olunub.

Qonşu Gürcüstanda isə bu günə olan son statistik məlumata görə, ümumilikdə 749 754 nəfər - 18,84%-i peyvənd olunub, 345 315 nəfəri -8,68%-i isə tam peyvənd olunub.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN