...Koronavirusun meydan oxuduğu dünyanın alimləri hələki konkret rəyə gələ bilmirlər. Bircə təsəlliləri var ki, virusdan mühafizənin yeganə yolu vaksin olunmadır... Əvvəllər maska, spirtlə əl yuma və sosial məsafə, indi də vaksinlənmə. Sonra nə olacaq, sual altındadır. Çünki yeni ştamların peyda olduğu bir vaxtda başqa cür düşünməyə də halət yox.
Tanınmış neftçi-alim, ekspert Sabit Bağırovun bu barədəki açıqlaması diqqəti çəkir:
- COVİD-19 pasportlarının tətbiqi bəzi suallar doğurur:
1. Artıq sübut olunub ki, COVİD-19 xəstəliyinin əsas simptomları bunlardır: 1) Hərarət; 2) Quru öskürək; 3) Yorğunluq.
Bunlarla yanaşı, lakin daha az görünən simptomlar: 1) Ağrılar (boğazda, başda, bədəndə); 2) İshal; 3) Dad və qoxu itkisi; 4) Konyuktivit; 5) dəridə, barmaqlarda dəyişikliklər.
Bu siyahıdan göründüyü kimi ən ƏSAS SİMPTOM HƏRARƏTDİR. Belə olan halda, bu və ya digər ictimai məkana daxil olan zaman məhz HƏRARƏT yoxlanmalıdır. Passportun mövcudluğu insanın xəstə olub-olmadığını göstərmir. Onun təsdiq etdiyi yalnız odur ki, həmin pasportun sahibi peyvənd olub. Peyvənd olmaq isə insanın SARS-Cov-2 daşıyıcısı olmamadığına zəmanət vermir (peyvənddən sonra xəstəliyə tutulanlar az deyil). Digər tərəfdən, həddən artıq məlumatlar gəzişir ki, saxta pasportlar az deyil. Belə olan halda yoxlanılan məhz HƏRARƏT olmalıdır, PASPORT deyil!
2. Vaksinlərdən yalnız biri tam sınaqlardan keçib və bir həftə öncə ABŞ-ın müvafiq dövləq qurumu tərəfindən təsdiqlənib. Bütün digər vaksinlər hələ ki, sınaqlardan keçməkdədir.
3. Virusun yeni ştamları peydə olmaqdadır. Vaksinlərin yeni ştamlara dair effektivliyi hələ tam sübut olunmayıb.
Bütün bunları nəzərə alaraq məhz HƏRARƏTİN ciddi yoxlanması (ictimai yerlərdə) aparılmalıdır. Bu sadə məntiqdir. HƏRARƏTİN yoxlanması, təkrar edirəm çox ciddi davam etməlidir. Ciddilik olmayan yerdə Pasportun da yoxlanması görüntü xarakteri daşıyacaq.
Əlbətdə, peyvəndlər də davam etməlidir. Peyvənd olmaq xəstəliyə yoluxma risklərini azaldır. Həm peyvənd olunan, həm də ətrafdakılar üçün. Lakin: 1) peyvənd könüllü olmalıdır; 2) peyvənd olunana zəmanət verilməlidir ki, onun orqanizminə zərəri olmayacaq. Bunun bir sıra üsulları var. Geniş söhbətdir, FB-də bunu etmək yersizdir. 3) peyvənd olunana sübutlar təqdim edilməlidir ki, vaksin tələb olunan temperatur rejimində saxlanılıb və s. ; 4) peyvənd olmamaq insan hüquqlarının diskriminasiya halları ilə müşahidə edilməməlidir.
Təqdim etdi: A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN