Ölkə ərazisində tibbi tullantıların idarə olunması sahəsində məlumatlılığın artırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumları tərəfindən mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, bu sahədə növbəti görüşlər Laçın, Zərdab, Göygöl rayonlarının və Mingəçevir şəhərinin mərkəzi xəstəxanalarında keçirilib.

Görüş çərçivəsində iştirakçılarla tibbi tullantıların idarə olunmasında mövcud problemlər və onların həlli yolları mövzusunda müzakirələr aparılıb, tibbi tullantıların insan sağlamlığı və ətraf mühit üçün təhlükəsiz idarə edilməsi, təhlükəlilik dərəcəsinə uyğun tullantıların zərərsizləşdirilməsi metodları ətrafında məlumat verilib.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN