“Bu dərmanlar yalnız ABŞ, Böyük Britaniya, İtaliya və Yaponiyada istifadə olunur”

Tbilisi İnfeksion Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Tsersvadze tezliklə Gürcüstan xəstəxanalarının koronavirusa yoluxmuş xəstələrin vəziyyətinin ağırlaşma riskini ciddi şəkildə azaldan ən yeni iki dərman preparatını alacaqlarını açıqlayıb.

O, həmin dərmanların bu həftə ərzində və oktyabrın ikinci yarısında ölkəyə daxil olacağını bildirib.

Gürcüstan KİV-nin məlumatına görə, Tsersvadze bildirib ki, onlardan birincisi barisitinib, ikincisi monoklonal antikorlardır və hər ikisi də koronavirusun müalicəsində sonunculardır:”Hazırda ən perspektivli dərmanlar hesab olunurlar”.

Tsersvadze vurğulayıb ki, indi bu dərmanlar yalnız ABŞ, Böyük Britaniya, İtaliya və Yaponiyada istifadə olunur və Gürcüstan da bu dərmanları ilk istifadə edənlərdən biri olacaq.

Qeyd edək ki, Gürcüstanda indiyədək koronavirus diaqnozu qoyulan şəxslərin ümumi sayı 611 269 nəfərə çatıb. Onlardan 582 805 nəfəri tam olaraq sağalıb.  Ümumilikdə isə bu virusdan 8 917 nəfər həyatını itirib.

Son 24 saat ərzində ölkə üzrə 1 929 yeni yoluxma halı qeydə alınıb. Dünən isə  (28 sentyabrda - red) 2 185 yoluxma halı qeydə alınmışdı.

TƏQDİM ETDİ: Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN