"Qanunun müzakirəsi zamanı cəmiyyətə də bu məsələnin paketə daxil olacağı açıqlanmışdı, amma icbari tibbi sığorta paketinə daxil edilməyib"

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva MM-in bu gün keçirilən iclasında icbari tibbi sığorta ilə bağlı da problem olduğunu vurğulayıb: “Artıq sonsuzluq getdikcə artır. Heç olmasa bir ailə dövlət hesabına bir dəfə süni mayalanma edə bilsin. Qanunun müzakirəsi zamanı cəmiyyətə də bu məsələnin paketə daxil olacağı açıqlanmışdı, amma icbari tibbi sığorta paketinə daxil edilməyib. Limitlə də olsa, bu məsələ paketə daxil edilməlidir. Müvafiq qurumu da bu məsələyə yenidən baxmağa çağırırıq. Övlada görə dağılmaq üzrə olan ailələrin sayı da yüzlərlədir”. (apa)

***

Məlumatlara görə, süni mayalanma üsulu tibbdə ən çox hər iki borusu tıxanmış olan qadınlarda istifadə üçün kəşf edilib. Süni mayalanma mərkəzində laboratoriya şəraitində sperma və yumurta nümunələri alınır və birləşdirilərək mayalandırılır. Döllənmiş yumurta 3-5 gün ərzində inkişaf edir. Daha sonra embrion qadının uşaqlığına yerləşdirilir. Bu müalicə üsulu sperma sayı çox az olan, eləcə də cinsi infeksiyalar, varikosell, azosperm, eləcə də impotensiyası olan ata namizədlərində və yumurtlama defektinin müalicəsindən sonra hamilə qala bilməyən qadınlarda tətbiq olunur. 

Süni mayalanma  - kişi azosoermində, sonsuzluğunda, qadında müalicəyə tabe olmayan və ya səbəbi bilinməyən sonsuzluqda, yumurtalıqların olmaması, yumurta rezervinin az olması, hər hansı irsi xəstəlikdən sığortalanma, 35 yaş və yuxarı hallarda müasir ginekologiya süni mayalanmanı tövsiyə edir.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN