“İnsanlar koronavirusa yoluxmuş ailə üzvü, eləcə də qohumları ilə eyni mənzildə yaşaya bilər. İnterferonların (orqanizm tərəfindən virusun təsirinə qarşı sintez olunan qoruyucu zülal – red.) yüksək səviyyəsi, həmçinin, selikli qişaların və tənəffüs orqanlarının xüsusi mühafizəsi səbəbindən onlar biri digərini yoluxdurmazlar”.

Bunu Həkim-terapevt Andrey Zvonkov jurnalistlərə açıqlamasında bildirib.

Mütəxəssis əlavə edib ki, COVID-19-a qarşı antigenlərin köməyi sayəsində spesifik qorunma ilə yanaşı, orqanizmin qeyri-spesifik müdafiəsinin bir neçə amili var: “Qanda olan interferonlar, həmçinin, burunun selikli qişasında yerləşən hüceyrələr tərəfindən istehsal olunan müxtəlif maddələr çox vaxt eyni ailədə birinin digərini yoluxdurmasının qarşısını alır. Selikli qişada kifayət qədər yüksək maddələr konsentrasiyası var ki, bu da yoluxmanın daha uzun müddətə keçməsini saxlayır. İkinci amil limfositlərdir ki, onlar antigenlərə aktiv reaksiya verəndə müxtəlif viruslara qarşı müdafiə olan interferon ifrazı başlayır”.

A,Zvonkov xüsusi olaraq vurğulayıb ki, bütün bunlara baxmayaraq, bir şəxs xəstə ailə üzvlərindən və ya qohumlarından COVID-19-a yoluxmasa belə, qorunma tədbirlərinə laqeyd yanaşmamalıdır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN