Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin iradı aidiyyəti qurumların Türkiyədən dərman idxalına rəvac verdi...

Gürcüstan hökumətinin qərarı əsasında Türkiyədən Gürcüstana bir sıra dərman vasitələrinin idxalına başlanılıb.

Gürcüstan KİV-nin məlumatına görə, bu barədə məlumatı hökumət administrasiyası yayıb.

Məlumatda bildirilir ki, sözügedən dərman vasitələrinin idxalı nəticəsində onların qiymətində 60%-dən 80%-dək azalma qeydə alınacaq.

Türkiyədən Gürcüstan bazarlarına gətirlən dərman vasitələrinin siyahısı bu cürdür:

„Galvus Meti /გალვუს მეტი“ tablet 50 mq + 1000 mq

„Jaunuvia /იანუვია“ tablet 100 mq

„Janumet / იანუმეტი“ tableti 50 mq + 1000 mq

„İnsulin lantus / ინსულინი ლანტუსი“ inyeksiya üçün solostar məhlulu

100 IU / 1 ml 3 ml şpris-qələm

„Forksiga /ფორქსიგა“ tablet 10 mq

„ Atacandi / ატაკანდი“ tablet 16 mq

„Brilinta / ბრილინტა“ tablet 90 mq

„Diovan / დიოვანი“ tablet 160 mq

„Ko-Diovan / კო-დიოვანი“ tablet 160 mq+ 12.5 mq

„Konkor /კონკორი“ tablet 10 mq

„Krestor / კრესტორი“ tablet 20 mq

„Tenoretik / ტენორეტიკი“ tablet 100 mq+ 25 mq

„Aklasta / აკლასტა“ inhalyasiya üçün toz 160 mkq + 4,5 mkq

„Voltaren Emulgel / ვოლტარენი ემულგელი“ gel 1% 50 q boru

„Arimideks /არიმიდექსი“ tablet 1 mq

„Simbikort Turbohaler / სიმბიკორტი ტურბოჰალერი“ inhalyasiya üçün toz

160 mkq + 4,5 mkq / 1 doza 60 dozalı flakon.

  Gürcüstana  Türkiyədən gətirilən yeni dərman vasitələrinin sayının da  mərhələli şəkildə daha da artırılacağı bildirilir.

Xatırladaq ki, ötən il ilin sonlarında Gürcüstanın Baş naziri İrakli Qaribaşvili TV-dəki çıxışı zamanı - ölkədə dərmanların çox baha qiymətə olduğunu, qonşu Türkiyədən isə daha ucuz qiymətə almağın mümkünlüyünü dilə gətirmiş və kiminsə buna mane olması səbəbindən ölkədə dərmanların qiymətinin çox baha olduğunu vurğulamışdı...

O, bildirmişdi ki, ölkədə elə dərmanlar var - 10 lari, Türkiyədə isə 1-2 lari ola bilər: “Əczaçılıq sənayesinin yüksək inkişaf etdiyi Türkiyədən dərmanların idxalına niyə məhdudiyyət qoyulur sualına bu gün cavab yoxdur. Türkiyədə əczaçılıq sahəsi və biznesi çox inkişaf edib. Son illərdə yüksək texnologiyalı əczaçılıq fabrikləri yaranıb və bu, bütün sivil ölkələr tərəfindən qəbul edilir. Biz idxal qərarı verən kimi dərmanlar ucuzlaşa bilər”.

Və göründüyü kimi, bu gün Türkiyədən Gürcüstana ixrac edilən dərmanlar səbəbindən, ölkənin dərman bazarındakı bəzi qiymətlərdə nəzərəçarpacaq dərəcədə ucuzlaşma baş verəcəyi gözlənilir.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN