Neçə illərdir ki,  tibbi təhsili olmayan, hətta masaj kursu belə keçməyən, lakin bu istiqamətdə fəaliyyət göstərən şəxslərin – masajistlərin sayı artıb.

Onlar  bu xidmət növünə təlabatın artdığını (daha çox - hərəkət etmə, osteoxanderoz problemləri) görüb daha çox bu sahəyə meyl edirlər.

Söhbət masaj və ya fizioterapiya ilə məşğul olan peşəkar və qeyr-peşəkarlardan gedir. Peşəkarların olmadığı yerdə qeyri-peşəkarlar fürsəti əldən vermir. Amma o da var ki, çox zaman peşəkarların da, yaxud peşəkarların çalışdığı klinikalar, tibb müəssisələri də elə qiymətlər irəli sürür ki, xəstə müalicədən vaz keçəsi olur və cibinə uyğun olana – qeyri-peşəkara üz tutur. Həmçinin bu qeyri-peşəkar adlandırdıqlarımız, hətta xəstənin ev ünvanında da xidmət göstərdiyi üçün daha sərfəli olur. Ona görə də tibb müəssisələri qiymətləri də, xidməti də elə səviyyədə qurmalıdır ki, xəstə baş götürüb, qaçmasın...

 Elmi – Tədqiqat və Tibbi Bərpa İnstitutunun direktoru Pərvin Əkbərov  bildirib ki, bəzi şəxslər kortəbii şəkildə xidmət göstərirlər və bu da nəticədə xəstələrdə fəsadlara səbəb olur.  O, bu bardə KİV-ə açıqlamasında bildirib.

Əkbərovun sözlərinə görə, Azərbaycanda fizioterapiya və reabilitasiya Assosiasiyası yaradılacaq və  Assosiasiya yaradıldıqdan sonra bu sahəyə nəzarət  etmək daha asan olacaq, həmçinin tibbi savadı olmadan masaj və bu kimi sağlamlıq terapiyaları ilə məşğul olanlarla bağlı hüquqi çərçivədə ölçü götürüləcək.

Sağlamlığı pul ilə almaq mümkün olmadığı üçün hər zaman peşəkarlara müraciət edin, bəzən bu, cibimizə uyğun olmasa belə...

Y.MƏMMƏDLİ

Pin It

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN