Hindistanlı mütəxəssislər koronavirusa qarşı istiliyə davamlı vaksin üzərində iş aparırlar. Bu vaksinin daşınması üçün xüsusi soyuducu sistem tələb olunmayacaq.

Aztibb.az-a istinadən məlumata görə, bu vaksin dörd həftə ərzində 37 dərəcə temperaturda və 90 dəqiqə ərzində suyun qaynama temperaturunda (100 dərəcə) saxlanıla bilər.

Mütəxəssislərin sözlərinə görə, siçanlar üzərində sınaqdan keçirilmiş yeni preparat koronavirusun müxtəlif variantlarına, o cümlədən "delta" və "omikron" ştammlarına qarşı anticisimlərin güclü cavabını yaradır.

Britaniya-İsveç şirkəti və Oksford Universiteti tərəfindən yaradılmış, Hindistan Vaksinlər İnstitutu tərəfindən buraxılan preparat 2-8 dərəcə temperaturda saxlanmalıdır.

Yeni vaksini yaradanlar bildirirlər ki, onun istiliyə davamlılığı vaksinlərin qeyri-bərabər paylanması probleminin həlli, eləcə də soyutma zəncirləri sistemi inkişaf etməmiş, gəlir səviyyəsi aşağı olan ölkələrin COVID-19-a qarşı preparatlarla təmin olunması baxımından böyük əhəmiyyət kəsb edir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN