“Azərbaycanda yayılan rotavirus əsasən beş yaşına qədər uşaqlar arasında yayılır”.

Bunu infeksionist Mərdan Əliyev deyib.

M.Əliyevin sözlərinə görə, bu xəstəlik qış və yaz aylarında özünü büruzə verir.

İnfeksionist bildirib ki, rotavirusun əsas əlamətləri ürəkbulanma, qusma, ishal və qızdırmadır: “Bu xəstəliyə uşaqlar əsasən bağçalarda yoluxur. Xəstəliyə yoluxma çirkli əllərlə toxunuş zamanı baş verir. Rotavirus mövsümi xəstəlikdir. Virusa qarşı istifadə edilə biləcək antibiotik və ya antiviral müalicə yoxdur. Bu xəstəlik bir həftə ərzində sağalır. Xəstəlik iki yaşına qədər uşaqlarda daha kəskin özünü göstərir, belə ki, orqanizmdə hipovolemik şok verən ağır susuzluq yaradır. Qızdırma əsasən iki gün olur. Uşaqlarda hər yoluxmadan sonra orqanizmdə rotaviruslara qarşı immunitet yarandığına görə, növbəti yoluxmalarda xəstəlik əvvəlkilərə nisbətən daha yüngül keçir".

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN