Diabet xəstələrinin qanda şəkəri təyin etmək üçün istifadə etdiyi qlukometr cihazı Azərbaycanda da  istehsal ediləcək.

Beynəlxalq Diabet Federasiyasının məlumatına görə, əgər 2019-cu ildə dünyada şəkər xəstələrinin sayı 463 milyon nəfər idisə, hazırda bu rəqəm 537 milyona yüksəlib. Yəni daha dəqiq desək, xəstəliyə tutulanların sayı son iki il ərzində 74 milyon artıb.

Xatırladaq ki, bu rəqəmin 300 minə qədəri Azərbaycanın payına düşür. 10 milyonadan bir qədər artıq əhalisi olan Azərbaycan üçün bu, heç də kiçik rəqəm deyil.

Bildiyimiz kimi, Azərbaycanda  diabet xəstələrinin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya vasitələri və özünənəzarət vasitələri ilə təminatı dövlət tərəfindən həyata keçirilir. Və bunların əksəriyyəti xarici ölkələrdən idxal edilir.

Artıq İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Pirallahı Sənaye Parkında yeni rezident - “Medtest” MMC qeydiyyata alınıb.

“Medtest” MMC tərəfindən Sənaye Parkının ərazisində “Qanda şəkəri təyin edən cihaz (qlukometr) və striplər istehsalı layihəsi” həyata keçiriləcək. Layihənin investisiya dəyəri 2,75 milyon manatdır və bunun da 82%-i təsisçi, 18%-i Azərbaycan İnvestisiya Şirkətinin vəsaiti hesabına formalaşdırılacaq.İstehsal olunacaq məhsullar ilkin mərhələdə daxili bazarın tələbatının ödənilməsinə yönəldiləcək.

Və bundan sonra diabet xəstələri üçün qlukometr cihazları daha əlçatan olacaq.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN