Qazaxıstanın Taraz şəhərinin perinatal mərkəzində 5 kiloqramlıq körpə doğulub.

 Səhiyyə idarəsinin mətbuat xidmətinin yaydığı məlumata görə, aprelin 19-da hamilə qadın Cambul vilayət xəstəxanasının perinatal mərkəzinin qəbul şöbəsinə daxil olub.

Həkimlər bəzi səbəblərə görə uşağı qeysəriyyə əməliyyatı ilə dünyaya gətiriblər.

Əməliyyatı klinikanın şöbə müdiri Bağdat Nurmaxan və qəbul şöbəsinin müdiri Akmaral Tokbergenova həyata keçirib. Əməliyyat uğurlu keçib və çəkisi 5 kiloqram, boyu 62 santimetr olan qız uşağı dünyaya gəlib.

 Regional Səhiyyə İdarəsinin rəisi Aset Kaliev Kazinform-un müxbirinə bildirib ki, belə dölə nəhəng deyilir: “Çəkisi 5 kiloqramdan çox olan yeni doğulmuş körpələr nəhəng döl sayılır, 5 - 6 kiloqram çəki 6 aylıq körpələr üçün xarakterikdir. Taraz Perinatal Mərkəzində ağır çəkidə uşaq doğulması ilə bağlı sonuncu hadisə 2017-ci ildə qeydə alınıb. 30 yaşlı Alena Premuşko çəkisi 6 kiloqram 265 qram, boyu 67 santimetr olan “rekordçu” qız uşağı dünyaya gətirmişdi. Bu, üçüncü doğuş idi - körpə tam müddətli doğulub, ana özü, təbii yolla uşağı dünyaya gətirib”.

 Həkimlərin fikrincə, son onilliklərdə sürətlənmiş bioloji inkişaf var, buna görə də körpələrin 5-6 kiloqram çəki ilə doğulması nadir hal deyil.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN