Sosial mediada bir xəbər dolaşmaqdadır ki, Azərbaycanda sperma bankı yaradılır və qadınlar ərə getmədən ana olmağa qərar verəcək. Sabiq deputat Gülər Əhmədova bu barədə özünün sosial platformasında olduqca diqqəti çəkən şərh paaylaşıb. Deyir: "Bu qərarı verən adamlar humanizm və qadınlara seçim hüququ tanımaq adı altında günah və cinayət (bacı- qardaşın evlənməsi cinayət isə) işləyirlər. Birincisi, bu uşaqlar vələdi zina olacaqlar. Kəbindən kənar doğulan uşaqlar. Vələdizinadan bu cəmiyyət nə gözləyir, onu da bilmirəm. İkincisi, atası, anası bəlli xeyli yetim var. Savab iş görüb, onlara analıq etsinler.
Üçüncüsü, ən qorxulusu, bu uşaqlar gələcəkdə bacı- qardaş olaraq evlənəcək, düşünün, necə xəstə millətə çevriləcəyik... Dördüncüsü, bu işdə böyük pullar qazanmaq istəyənlər, o pullar həm özünüzün, həm də övladlarınızın burnundan gələcək".
G.Əhmədova sonda ölkə rəhbərliyindən bu məsələyə reaksiya verməsini arzulayır.
Bəli, müəyyən qüvvələr-həkimlər pul-para qazanmaq üçün belə yollara gedir, Avropada, yaxud hansısa qeyri-Avropa ölkəsində olan və Azərbaycanın milli maraqlarına zidd belə ssenariləri burada tətbiqini axtarırlar. Əvvəla, hansı qadın, əgər normal fiziki imkana və psixikaya malikdirsə, ailə qurmaq istəməz? Yox, elə haldadır ki, onu kimsə almazsa, onda onun doğduğu uşaq necə olacaq??? 
Bütün hallarda, dərindən düşünüb qərar verməlilər qərar verib sonra düşünməyə çalışırlar...
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN