Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Tezadlar.az-a verilən məlumata görə, Gəncə şəhərinin Z.Əliyeva küçəsində fiziki şəxs Məmmədova Ziyatel Qəhrəman qızına məxsus ət məhsullarının satışı məntəqəsində keçirilmiş yoxlama zamanı baytarlıq baytarlıq-sanitariya ekspertizasından keçməyən, kəskin qoxuya malik, qaralmış, mənşəyi məlum olmayan ət aşkarlanıb.

Mənşəyi məlum olmayan ət satış şəbəkəsindən çıxarılaraq saxlanca qoyulub, müayinələrin aparılması üçün götürülən nümunələr Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib. Müayinələr nəticəsində ətin qida təhlükəsizliyi sahəsində texniki normativ sənədlərin tələblərinə uyğun olmadığı, köhnə və ölmüş heyvan əti olduğu müəyyən olunub.

Faktla əlaqədar qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Araşdırmalar davam edir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN