Yaponiya stomatoloqları əhalini tibbi maskalardan daimi istifadədən imtina etməyə çağırıblar.

Belə bir çağırışla Yaponiyanın Fukui prefekturasının Stomatoloqlar Assosiasiyasının sədri Hiroki Oqivara çıxış edib. “Fuji” televiziyasında çıxış edən assosiasiya sədri bildirib ki, tibbi maskalardan daimi istifadə kariyesin əmələ gəlməsinə və parodontitin inkişafına səbəb olur.

“Maska taxmış insanların əksəriyyəti burunları ilə deyil, əsasən ağızları ilə nəfəs alırlar. Bu ağız boşluğunun qurumasına səbəb olur və kariyes, həmçinin parodontit təhlükəsini artırır”, - deyə stomatoloq bildirib. H.Oqivara əlavə edib ki, ağız suyu bakteriyaları neytrallaşdırdığna görə, bu mayenin yoxluğu sağlamlığa ciddi təsir göstərir.

Buna yol verməmək üçün stomatoloqlar qulaqların və çənənin altındakı ağız suyu vəzilərini 10 saniyə müddətində masaj etməyi məsləhət görürlər.

Xatırladaq ki, Yaponiya hökuməti mayda pandemiya ilə əlaqədar vəziyyət yaxşılaşdığına görə əhalini maskalardan imtina etməyə çağırıb. Həmçinin qapalı yerlərdə sosial məsafəni gözləmək şərti ilə maskalardan imtina tövsiyə edilib. Buna baxmayaraq, yaponların böyük əksəriyyəti hələ də açıq havada belə maska taxmaqda davam edir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN