" İran Ermənistanın və regionun təhlükəsizliyini öz təhlükəsizliyi hesab edir" - Hüseyn Əmir Abdullahian

Bu gün, 21 oktyabr tarixində Qafanda İran Baş konsulluğunun açılışı olub.

TEZADLAR.AZ xəbər verir ki, açılış mərasimində İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Ermənistan XİN rəhbəri Ararat Mirzoyan da iştirak edib. Əmir Abdullahian çıxışında deyib ki, İran Ermənistanın və regionun təhlükəsizliyini öz təhlükəsizliyi hesab edir. Onun sözlərinə görə, İranın siyasəti ölkələrin ərazi bütövlüyünə və beynəlxalq hüquqla tanınan sərhədlərinə hörmətlə yanaşılmasına əsaslanır. XİN rəhbəri Qafanda açılan İran konsulluğunun Ermənistan və İran hökumətlərinin, vilayət rəhbərliyinin dəstəyindən yararlanacağına, yerli əhali tərəfindən xeyirxah münasibət göstəriləcəyinə əminliyini bildirib. “İran hökumətinin qarşılıqlı əlaqələr çərçivəsində Təbrizdə Ermənistan Baş konsulluğunun açılışı üçün hazır olduğunu xatırlatmaq istəyirəm”, - deyə o əlavə edib.

24 News.ge

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN