“Amerika Birləşmiş Ştatlarının 2015-ci il İran nüvə sazişinin bərpası üçün kifayət qədər siyasi iradəsi yoxdur”

TRT-nin məlumatına görə, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani paytaxt Tehranda keçirilən mətbuat konfransında nüvə razılaşması ilə bağlı açıqlamada söyləyib.

  N.Kənani deyib: “Danışıqlar 2021-ci ilin aprelindən eniş-yoxuşlarla davam edir. Biz görüş xatirinə danışıqlar aparmırıq. İran 2015-ci il nüvə sazişini yenidən həyata keçirməyə hazırdır, lakin rəsmi Vaşinqtonda siyasi iradə çatışmır.”

  Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurasının beş daimi üzvü - ABŞ, Çin, Rusiya, İngiltərə, Fransa və İran 2015-ci ildə Hərtərəfli Birgə Fəaliyyət Planı adı verilən İranın nüvə fəaliyyətilə bağlı saziş imzalamışdı. ABŞ-ın sabiq prezidenti Donald Tramp 2018-ci ildə birtərəfli qaydada sazişdən çıxdı və İran administrasiyası nüvə fəaliyyətini əvvəlki razılaşmaya qaytardı. 2021-ci ilin noyabrından ABŞ prezidenti Co Baydenin vəzifəyə başlaması ilə sazişə qayıtma işlərinə başlanıldı, layihə mətni İrana təqdim edildi, daha danışıqlar aparılır.

TEZADLAR.AZ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN