Bu ilin təkcə oktyabr ayında Rusiyadan Gürcüstana gələnlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 4 dəfə artıb.

TEZADLAR. AZ xəbər verir ki, bu barədə Milli Turizm Administrasiyası məlumat yayıb. Məlumata əsasən, 2021-ci ilin oktyabr ayında Rusiyadan Gürcüstana gələnlərin sayı 29 159 nəfər təşkil edibsə, bu ilin eyni dövründə bu rəqəm 109 158 nəfər olub.

Onu da qeyd etmək lazımdır ki, beynəlxalq ziyarətçilərin sayına görə, 2022-ci ilin oktyabr ayında Rusiya ilk 15 ölkə arasında 1-ci yerdədir. İkinci yerdə 81 033 ziyarətçi ilə Türkiyə, 3-cü yerdə isə 72 877 ziyarətçi ilə Ermənistan gəlir.

24News.ge

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN