Özbəkistanın paytaxtı Səmərqənd şəhərində Rusiya prezidenti Vladimir Putinin şərəfinə samsa hazırlanıb.

Özbəkistan KİV-nin məlumatına görə, Rusiya lideri Səmərqənddə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti zamanı belə bir ləzzətin dadına baxmağa qonaq edilib.

"Bu samsanın adı "putinka"dır. Ona görə belə adlandırılıb ki, Vladimir Putin gəlib onun dadına baxıb. O, məmnuniyyətlə yedi".

Bunu çörəkçi Aminjon Xamrakulov deyib.

O, həmçinin qeyd edib ki, samsa qat-qat xəmirdən və mal qiyməsindən hazırlanır. Xamrakulov samsanın qeyri-adi zərif dada malik olduğunu da açıqlayıb.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN