Özbəkistan Hava Yolları Özbəkistandan Birləşmiş Ərəb Əmirlikləri və Türkiyəyə uçuşlara 40%-dək yaz endirimləri elan edib.

Özbəkistanın şəhərlərindən İstanbul, Dubay və Şarcaya səfər etməyi planlaşdıran sərnişinlər “Uzbekistan Airways” aviaşirkətindən 40%-ə qədər endirimlə aviabilet əldə etmək fürsətindən istifadə edə bilərlər.

30 mart 2023-cü il tarixindən etibarən “Özbekistan Hava Yolları” Daşkənd və Fərqanədən Dubay və Şarcaya reyslərdə qiymət endirimi elan edir. Beləliklə, Daşkənd - Dubay - Daşkənd aviabiletinin qiyməti 2 427 000 sumdan (təqribən 344.09 AZN), Fərqanə-Dubay-Fərqanə reyslərində aviabiletin qiyməti 2 milyon 451 min sumdan (təqribən 366.04AZN) başlayır. Daşkənd-Şarca-Daşkənd reyslərinə aviabileti isə 2 milyon 304 min suma (təqribən 344.09 AZN) almaq olar.

Həmçinin, 2023-cü il martın 30-dan mayın 14-dək Özbəkistan Hava Yolları Özbəkistan şəhərlərindən İstanbula bütün marşrutlarda xüsusi endirimlər tətbiq edir. Müəyyən edilmiş müddət ərzində aviabilet alarkən, aviaşirkət ekonom sinif sərnişinləri üçün gediş haqqına 20%, biznes sinif sərnişinləri üçün isə gediş haqqına 40% endirim təqdim edir. Endirimlər göstərilən müddət ərzində Daşkənd, Səmərqənd, Buxara, Fərqanə və Urgençdən İstanbula olan bütün reyslərə şamil edilir.

Qeyd edək ki, AZAL şirkəti də  İstanbul uçuşlarında “1+1” aksiyası və ikiqat mil təklif edir.

 Belə ki, “Azərbaycan Hava Yolları” QSC Bakıdan İstanbula və əks istiqamətdə uçuşlar üzrə bahar aksiyasına başlayıb.

Ekonom sinifdə bir aviabilet əldə edərkən ikincisi aviaşirkət tərəfindən ödənişsiz təqdim olunur. Həmçinin, aksiya çərçivəsində “AZAL Miles” kart sahibləri bu marşrut üzrə hər uçuşa görə ikiqat mil qazanacaqlar.

Təklif “Azərbaycan Hava Yolları” aviaşirkətinin martın 27-dən aprelin 18-dək həyata keçirilən reyslərinə həm bir tərəfə, həm də gediş-gəliş aviabiletlərinin alınmasına şamil edilir.

Aksiya üzrə aviabiletlərin rəsmiləşdirməsi üçün aprelin 18-dək daxil olmaqla AZAL aviaşirkətinin bütün akkreditə olunmuş agentliklərinə və ya This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron poçtu vasitəsilə aviaşirkətin çağrı mərkəzinə müraciət edə bilərsiniz.

Aksiya çərçivəsində hədiyyəli aviabiletinin vergi və rüsumları sərnişin tərəfindən  ödənilir.

Aksiya çərçivəsində aviabiletlər bir bronda rəsmiləşdirilməli, hədiyyəli aviabiletin geri qaytarılması və ya yenidən təxsisedilməsi ilkin aviabiletlə eyni vaxtda həyata keçirilməlidir.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN