Dağıstanlılara ictimai nəqliyyatda gediş haqqını ödəyərkən “Mir” bank kartını telefonuna yükləməklə pula qənaət etməyə icazə veriləcək.

Belə ki, telefona yüklənmiş “Mir” kartı ilə ödəniş edərkən ictimai nəqliyyatın qiyməti 8 rubl (təqribən 18 qəpik) azalacaq.

Respublika sakinləri və qonaqları üçün aksiya 30 iyun 2023-cü il tarixinədək davam edəcək. Burada yalnız rəqəmsal validatorların quraşdırıldığı rayonun trolleybus və avtobusları iştirak edir.

 Mahaçqala meri Rizvan Qaziməmmədovun sözlərinə görə, şəhər rəhbərliyi bu cür aksiyalar vasitəsilə ictimai nəqliyyatı daha da inkişaf etdirməyi planlaşdırır. O, mahaçqalalıların bu layihəni yüksək qiymətləndirəcəyinə əminliyini ifadə edib.

***

Qeyd edək ki, bir müddət əvvəl Rusiya paytaxtında ictimai nəqliyyatda gediş haqqı qaldırılıb.

Xüsusilə, “Troyka” kartında yerüstü nəqliyyat, metro üzrə bir səfər 50 rubla (təxminən 1 manat 11 qəpik) qədər bahalaşıb və “Vahid” biletdə bir səfərin qiyməti indi 62 rubl (təqribən 1 manat 38 qəpik) təşkil edir.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN