Aprelin 4-də Finlandiya NATO-ya daxil olacaq.

NATO-nun baş katibi Yens Stoltenberq Finlandiyanın təşkilata daxil olduğunu açıqlayıb.Belə ki, alyansa üzv ölkələrin xarici işlər nazirlərinin görüşü zamanı bu dövlətin bayrağı qaldırılacaq.

Stoltenberq qarşıdan gələn həftəni tarixi gün kimi xarakterizə edib.

"Finlandiya artıq NATO-nun 31-ci üzvü elan ediləcək və bayrağı NATO mənzil-qərargahında dalğalanacaq",-  deyib.

Baş katib İsveçin də təşkilata üzv olmasını arzuladıqlarını dilə gətirib, lakin Türkiyənin razılığının da mütləq əldə edilməli olduğunu vurğulayıb:

 “İstəyirik ki, İsveçin də NATO üzvlüyü təsdiqlənsin. Lakin bütün müttəfiqlər Türkiyənin qanuni təhlükəsizlik narahatlıqlarını aradan qaldırmalıdır”, -deyə o diqqətə çatdırıb.

Qeyd edək ki, Alyansa üzv olan dövlətlərin xarici işlər nazirlərinin iclası aprelin 4-də Brüsseldəki mənzil-qərargahda keçiriləcək.

Xatırladaq ki, bir neçə gün öncə Türkiyə parlamenti Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokolu ratifikasiya edib.

Belə ki, Türkiyə parlamenti Milli Məclisin Baş Assambleyasının iclasında Finlandiyanın NATO-ya qəbulu ilə bağlı protokolun ratifikasiyası haqqında qanun layihəsini təsdiqləyib.

Türkiyə bunu təsdiqləyən sonuncu NATO ölkəsi oldu.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN