Gürcü arzusu”nun sədri İrakli Kobaxidze prezident Salome Zurabişvilinin parlamentdəki çıxışını tənqid edib.

TEZADLAR.AZ  xəbər verir ki, o, ölkə prezidentinin Gürcüstanın Avropa İttifaqına üzvlüyə namizəd statusuna qarşı kampaniyaya cəlb olunduğunu iddia edib. Kobaxidze Prezidenti müxalifətlə eyni addım atmaqda ittiham edib: “Radikal müxalifət bunu gizlədə bilmir və birbaşa namizəd statusunun əleyhinə təbliğat aparırlar. Hamı gördü ki, bu ajiotaja Salome Zurabişvili də qoşulub. Bir neçə gün əvvəl o, Gürcüstan parlamentində hesabat verərkən birbaşa bildirdi ki, ölkəmiz nə keçən il, nə də indi namizəd ölkə statusuna layiq deyil. Bu onu göstərir ki, prezident də namizəd statusu əleyhinə kampaniyaya qoşulub. Onlar bu istəklərini gizlətmirlər. Yeganə maraq namizəd statusunu bəhanə edərək ölkəni çaşdırmaqdır. Gürcüstandakı radikal müxalifətin marağı məhz budur, onların sahibləri də eyni maraqdadırlar. Biz onlara “qlobal müharibə partiyası” deyirik. Gürcüstanın ukraynalaşdırılmasında maraqlı olan müəyyən qlobal güc var. Təbii ki, hadisələrin bu istiqamətdə inkişafının qarşısını almaq üçün əlimizdən gələni edəcəyik. Gürcüstanın ukraynalaşmasının baş verməməsi, ölkənin namizəd statusu alması, Gürcüstanda sülhün olması bizim marağımızdadır. Bunun üçün bütün addımlar atılacaq", - deyə Kobaxidze əlavə edib.

24News.ge

 

www.24news.ge

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN