Qazaxistan Respublikasının Milli Məclisinin yeni təyin olunmuş deputatı Karakat Abden parlamentdə jurnalistlərin

yeni vəzifəsində qazax qadınlarının əcnəbi vətəndaşlarla evlənməsinə vergi tətbiq etmək təklifində israrlı olub-olmaması ilə bağlı sualını cavablandırarkən qeyd edib ki, bütün ideyalar davam etdiriləcək.

Bu barədə kazpravda yazıb.

“Bir şeyi deyə bilərəm: dediyim hər şey, bütün ideyalarım, məşğul olduğum bütün məsələlər, hamısı sonrakı fəaliyyətlərdə öz davamını tapacaq. İndi dediklərinizi açmaq lazımdır, bunun necə olacağı izah edilməlidir. Niyə də yox? Mütləq”, –  deyə xanım deputat bildirib.

Xatırladaq ki, ötən il QR-da Prezidentliyə namizəd olan Karakat Abden teledebat zamanı bildirmişdi ki, gənclər sevgi əsasında evlənəndə onlara xoşbəxtlik arzulamaq olar:

  “Amma son vaxtlar hesabla bu addımı atanların sayı da artır. Fərqli hesablamalar, həmçini xaricdəki həyata da qibtə edirlər. Amma biz ənənəni qorumaq nöqteyi-nəzərindən baxmalıyıq. Qızlarımız bizim dəyərimizdir. Onları xaricə necə verək? Əcnəbi ilə ailə qurmaq istəyənlərə ağır vergi qoyulmasını təklif edirəm", - deyə o zaman bildrmişdi

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN