Bu gün etirazçılar Hollandiyaya dövlət səfəri zamanı Haaqada Avropanın suverenliyi ilə bağlı çıxış edən Fransa prezidenti Emmanuel Makronun çıxışını dayandırıblar.

Bu barədə Fransanın BFMTV telekanalı xəbər yayıb.

Fransa prezidenti ölkəsində təbliğ etdiyi pensiya islahatına qarşı genişmiqyaslı etirazlar fonunda çıxış edib. Makronun çıxışı bir-birinin ardınca replika ataraq qışqıran şəxslər tərəfindən qısa müddətə kəsilib.

“Sözünüzü kəsdiyim üçün üzr istəyirəm... amma fransız demokratiyası haradadır?”,- deyə fəallardan biri ingiliscə qışqırıb.

"Mənə vaxt versəniz, bu suala cavab verə bilərəm...", - deyə Makron cavab vermək istəyib.

Lakin onun sözü yenidən yarıda kəsilib.

"Heç kim qulaq asmır... küçədə milyonlarla insan var" , -deyə digər etirazçı bildirib.

Fəallar həmçinin Makronun çıxış etdiyi zalda “Şiddət və ikiüzlülük Prezidenti” yazılmış pankart asmağa çalışsalar da, pankart təhlükəsizlik tərəfindən götürülüb və etirazçılar kənara çıxarılıb.

 

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN