“Qazprom” Macarıstana uzunmüddətli müqavilələrdə nəzərdə tutulan həcmdən artıq qaz tədarükü variantını nəzərdən keçirəcək.

Bu məsələ Macarıstan Xarici İşlər Nazirliyinin rəhbərinin Moskvaya səfəri zamanı müzakirə olunub.

Bu il ərzində "Qazprom" Macarıstanı supermüqavilə üzrə qazla təmin edə bilər. Bu barədə şirkətin Telegram-kanalında bu gün dərc olunmuş məlumatında deyilir.

Konsern həmçinin qeyd edib ki, mavi yanacağa görə təxirə salınmış ödənişin tətbiqi imkanlarını nəzərdən keçirməyə hazırlaşırlar.

Xatırladaq ki, ötən ilin yayında Macarıstan və “Qazprom” əlavə qaz tədarükü haqqında müqavilə imzalayıb. Payızda Budapeşt Rusiya şirkəti ilə ödənişlərin təxirə salınması barədə razılığa gəlib.

Bu gün səhər saatlarında məlum olub ki, tərəflər əlavə qaz tədarükü ilə bağlı müqavilənin müddətini uzadıblar. Eyni zamanda, Macarıstan Xarici İşlər Nazirliyi ölkənin hələ də ödənişləri təxirə salmaq imkanının olduğunu da açıqlayıb.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN