AK Ukraynana kömək etməyi aktivlərin faizləri ilə kömək etməyi düşünür...

Avropa Komissiyasının (AK) hüquqşünasları belə qənaətə gəliblər ki, Rusiya Federasiyası Mərkəzi Bankının (RFMB) Aİ-də dondurulmuş aktivləri Ukraynadakı münaqişə başa çatdıqdan sonra Rusiyaya qaytarılmalı olacaq. Bu barədə cümə axşamı Almaniyanın Die Welt qəzeti AK-nin dərc olunmamış sənədinə istinadən məlumat yayıb. 

Nəşrin yazdığına görə, AK ekspertləri yazır ki, hüquqi nöqteyi-nəzərdən Rusiya Federasiyası Mərkəzi Bankının aktivləri Ukraynaya sadəcə belə verilə bilməz. "Siyasi iradə var, lakin hüquqi maneələr yüksəkdir. Avropa Komissiyası ayıq-sayıq nəticəyə gəlir ki, dondurulmuş ehtiyatlara toxunmaq olmaz, çünki bir gün müharibə başa çatdıqdan sonra onlar Rusiyaya qaytarılmalı olacaqlar", -Die Welt qeyd edir.

 Bununla əlaqədar, AK növbəti addımı təklif edir: Rusiya Federasiyası Mərkəzi Bankının dondurulmuş aktivlərini Avropa dövlət istiqrazlarına yatırmaq və faizlərdən Kiyevə ödəmək üçün istifadə etmək. O, bu cür istiqrazlar üzrə gəlirliliyi ildə 2,6% qiymətləndirir.

Həmçinin qəzet yazır ki, ekstremal ssenaridə bu cür itkilər 4 milyard avro təşkil edə bilər, baxmayaraq ki, AK-nin fikrincə, "risklər çox aşağıdır".

 "Bu halda necə davam etmək, hələ aydınlaşdırmaq lazımdır", - Die Welt bildirib.

Die Welt-in məlumatına görə, 2022-ci ilin yazından bəri Aİ Rusiyanın təxminən 300 milyard avro qızıl-valyuta resurslarını və daha 29 milyard avro iri Rusiya biznes nümayəndələrini dondurub.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN