Ötən il Gürcüstanda əcnəbi vətəndaşlara 10,6 min mənzil satılıb.

 Siyahıya Rusiya vətəndaşları liderlik ediblər.

Belə ki, 2022-ci ildə ruslar Gürcüstanda 6 mindən çox mənzil alıb. Onlar bu ölkədə mənzillərin əsas xarici alıcılarına çevrilib. 2023-cü ilin əvvəlində də Rusiya vətəndaşları arasında Gürcüstanda mənzilə tələbatı görünməmiş səviyyədə qalır.

Xarici daşınmaz əmlak alıcıları siyahısında Rusiya vətəndaşlarının liderliyi 2023-cü ilin əvvəlində belə getmədi. 2023-cü ilin üç ayında ruslar 2000 kv-dan çox daşınmaz əmlak alıblar.

Beləliklə, ötən ildən bəri, yəni 15 ay ərzində ruslar 8 mindən çox mənzil alıb. Bu isə kiçik rəqəm deyil.

 Qeyd edək ki, Gürcüstanda mənzil sahibi olmağa can atan rusiyalılarla yanaşı, İsrail vətəndaşları da az deyil. Onlar da aktiv şəkildə bu ölkədə mənzil alırlar. Onlar 2022-ci ildə 2,5 min, 2023-cü ilin əvvəlindən 650-dən çox yaşayış əmlakı alıblar.

 Həmçinin, Gürcüstanda Ukrayna vətəndaşları tərəfindən də mənzil alınır - 2022-ci ildə 1,3 mindən çox, cari ilin əvvəlində isə 500-dən çox mənzil.

 Gürcüstanın iqtisadi nəşri bm.ge xəbər verir ki, son bir ildə Gürcüstanda daşınmaz əmlakın əsas alıcıları xaricilərdir, ümumilikdə 2022-ci ildə ölkədə 15 min kvadratmetr satılıb.

Görünür xarici vətəndaşlara Gürcüstanda satılan mənzillərin qiyməti də çox sərfəlidir. Ona görə də əcnəbilər bu ölkədə mənzil sahibi olmağa, pullarını daşınmaz əmlaka sərf etməkdə maraqlıdırlar.

 

Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN