Kiprin ən böyük bankı "Bank of Cyprus" Rusiya vətəndaşları tərəfindən açılan hesabların kütləvi şəkildə bağlandığını elan edib.

BFM-in məlumatına görə, Rusiyadan olan müştərilər kütləvi şəkildə müvafiq bildirişlər almağa başlayıblar.

 "Hesablar Rusiyanın vergi rezidentləri, Rusiya Federasiyasında sanksiya biznesindən gəlirləri olanlar, habelə F tipli yaşayış icazəsi sahibləri, yəni daşınmaz əmlakın alınması ilə əlaqədar olaraq almış şəxslər üçün bağlanır.

 Bundan əlavə, turist vizası ilə Kiprdə olan ruslara hesabların bağlanması barədə bildirişlər gəlir”, – qəzet yazır.

Qeyd olunur ki, yuxarıda göstərilən bütün kateqoriyalı hesablar iki ay ərzində bağlanacaq.

Xatırladaq ki, Kipr Avropa Birliyinin üzvüdür, ona görə də ölkə Rusiyaya qarşı bütün Avropa sanksiyalarına qoşulub. Həmçinin Kipr Rusiya vətəndaşları üçün əvvəllər çox liberal olan viza siyasətini xeyli sərtləşdirib.

 Kipr həm də bir sıra rus oliqarxlarının “qızıl pasportlarını” əlindən almaq qərarına gəlib. Əvvəllər onlara adanın iqtisadiyyatına “sərmayə qoyduqları” üçün vətəndaşlıq da verilirdi.

 JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN